Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova: “Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır

Sahibə Qafarova: “Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır


“Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması və vətəndaş iştirakı üçün daha geniş imkanların yaradılması istiqamətində ardıcıl addımlar atır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində PAİ Assambleyasının iclasında ümumi müzakirələrdə çıxışı zamanı deyib.

Spiker bildirib ki, Milli Məclis də bu səylərə töhfə verir. Bu sahədə müasir texnologiyalar vətəndaşlarla qarşılıqlı əlaqənin genişləndirilməsinə və parlament fəaliyyəti haqqında məlumatlara daha geniş çıxışın təmin edilməsinə kömək edir. Eyni zamanda, Azərbaycan vətəndaşlara və vətəndaş cəmiyyətinə qanunvericilik prosesində birbaşa iştirak etmək imkanı verən hüquqi və institusional mexanizmlər yaradıb.

Süleyman
Xəbəri paylaş