
ABŞ-ın İran neftinə ehtiyacı yoxdur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, Hörmüz boğazı hazırda ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tam nəzarətdədir:
"Başqa sözlə, Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsusdur. Buna baxmayaraq, bizə onların nefti lazım deyil. Amma biz onun çıxarılmasını təmin edirik".
Tramp həmçinin vurğulayıb ki, Vaşinqton Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətindədir. Amerika lideri əmindir ki, bu məqsədə artıq effektiv şəkildə nail olunub.
Qeyd edək ki, Tehran dəfələrlə nüvə silahı hazırlamağa çalışmadığını vurğulayıb.
Anar












































