
"İranla münaqişəyə son qoymağın vaxtıdır və yeganə sual budur. Bunu yaxşı, yoxsa pis şəkildə etmək istəyirik? Bunu çox tezliklə öyrənəcəksiniz".
Newscenter.az xəbər verir ki, bunları ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, İranın raket və dron istehsal gücü əhəmiyyətli dərəcədə azaldılıb:
"Tezliklə heç nə qalmayacaq. Qalanlarının harada olduğunu dəqiq bilirik".
Ağ Ev rəhbəri iddia edib ki, dünya liderlərindən Tehranla münaqişəyə görə dərin minnətdarlıqlarını bildirən zənglər alır.
Anar












































