Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turistlərin səyahət xərcləri 101 faiz artıb

Turistlərin səyahət xərcləri 101 faiz artıb


Son illərdə Türkiyədə daxili turizm də ciddi şəkildə inkişaf edib.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, yerli turistlərin səyahət xərcləri keçən il əvvəlki ilə nisbətən 101 faiz artaraq 229 milyard 795 milyon 451 min lirə olub.

Müvafiq olaraq, ötən ilin son rübündə ölkədə yaşayan 9 milyon 616 min insan səyahətə çıxıb. Bir və ya daha çox gecələməsi olan səyahətçilərin ölkə daxilində etdiyi ümumi səfərlərin sayı, əvvəlki ilin eyni rübünə görə 32 faiz artaraq 11 milyon 509 minə çatıb. Səyahətçilər bu rübdə 77 milyon 472 min gecə keçirib. Gecələmələrin orta sayı 6,7 gecə olub.

İllik olaraq qiymətləndirildikdə, 2023-cü ildə cəmi səyahət sayı bir əvvəlki ilə görə 17,5 faiz artaraq 61 milyon 463 minə çatıb.

Natiq Orucov
Xəbəri paylaş