Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan Özbəkistana gedir

Hakan Fidan Özbəkistana gedir


Türkiyənin xarici işlər naziri Nazir Fidan sabah Özbəkistana səfər edəcək.

Newscenter.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Fidanı səfər zamanı daxili işlər naziri Ali Yerlikaya və Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın müşayət edəcək.

Sentyabrın 12-də baş tutacaq səfər zamanı keçiriləcək görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələr və təhlükəsizlik sahəsində əməkdaşlıq qiymətləndiriləcək.

Nazir Fidanın səfəri çərçivəsində özbəkistanlı həmkarı Bəxtiyar Səidov ilə görüşü planlaşdırılır. Görüşlərdə Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) iyun ayında Türkiyədə keçirilən Üçüncü Toplantısında alınan qərarlar da müzakirə olunacaq.

Bu çərçivədə iqtisadiyyat, müdafiə sənayesi, enerji, nəqliyyat, mədəniyyət, təhsil, qeyri-qanuni miqrasiya, terrorla mübarizə və təhlükəsizlik sahələrində məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Anar Əliyev
Xəbəri paylaş