"Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında müqavilə bağlanacaq. Bunun üçün Ermənistan xarici işlər naziri A. Mirzoyan ABŞ -da səfərdədir. Ermənistan Rusiyanın müttəfiqi olaraq ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi bağlanması Moskvaya qarşı demarşdı".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib.
O deyib ki, bir neçə günə gedəcək C.Bayden adminstrasiyası Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün strateji tərəfdaşlıq müqaviləsi bağlanmasında əsas məqsədi D. Trampın diqqətini bu ölkəyə yönləndirməkdi:
"D. Tramp administrasiyası üçün Ermənistan xüsusi strateji əhəmiyyəti olmayacaq. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlanmadan və Türkiyə ilə normallaşma prosesinə getməyəcəksə, bu kimi müqavilələrin ciddi müsbət nəticəsi olmaya bilər. Bu saziş Ermənistan hakimiyyətini Rusiyadan tam uzaqlaşmaq siyasətinə əsaslanır".
Süleyman