“Vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır.”
“Hazırlanmış Baş Planda avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri də dayanır.”
“Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və yeni 10 metro stansiyası inşa ediləcək.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsidə əhalini daha çox narahat edən məsələlərdən biri kimi tıxac məsələsi xüsusi yer tutdu. Dövlət başçısı bildirdi ki, biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. Aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi.İkinci,beton yol adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır.Hazırlanmış Baş Planda avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri də dayanır.
Dövlət başçısı əlavə edib ki, biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və yeni 10 metro stansiyası inşa ediləcək.Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq.Bununla bərabər,yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi.
Prezident yol infrastruktutunun fəaliyyətinin səmərəliliyinin artırılmasında beynəlxalq təcrübənin əhəmiyyətini qeyd edərkən xüsusi vurğulayıb ki,. bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır.Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də beynəlxalq mütəxəssislər cəlb edilməklə öz həllini tapacaq.
Bütün bunlarla yanaşı prezident onu da bildirib ki, şəhər avtobus parkını elektrobuslarla əvəzləmək prosesi də başlamışdır. Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq. Bu ilin oktyabr-noyabr aylarında Azərbaycanda istehsal olunan birinci elektrik avtobuslar istifadə ediləcək və bu da şəhərimizin havasına çox müsbət təsir göstərəcək.
Dövlət başçısı yolların tez sıradan çıxması ilə bağlı məsələyə toxunarkən bildirib ki,indi bizim avtomagistrallarda elektron tərəzilər quraşdırırıq. Keçən il buna başlamışıq, bu il də davam edəcək və bütün magistrallarda quraşdırılacaq. Çünki nə baş verir, yeni yol çəkilir, amma sonra bəzi iş adamları yük maşınlarını elə yükləyirlər ki, o, yolu dağıdır. Ona görə birinci elektron tərəzilər quraşdırılandan sonra artıq buna son qoyuldu. Çünki böyük cərimələr tətbiq olunur.Artıq yük daşıyan şirkətlər özləri yüklərin çəkisini ölçürlər ki, cəriməyə məruz qalmasınlar.Bir çox müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək.
Prezident yol infrastruktutunun fəaliyyətinin səmərəliliyinin artırılmasında ictimai nəzarətin və ictimaiyyəti davamlı olarq məlumatlandırmağın vacibliyindən danışarkən qeyd edib ki,yəqin ki, Azərbaycan mətbuatı da bu sahəni daha çox işıqlandırmalıdır. Çünki bu, insanları haqlı olaraq narazı salan və narahat edən məsələlərdir. Yəqin ki, 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Amma yolların çəkilişi daha az.Azərbaycan ictimaiyyəti təbii olaraq bu məsələlərlə bağlı daim məlumatlandırılacaq.
Əli Məsimli, Milli Məclisin deputatı