Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amerikada ölüm səviyyəsi doğum sayını üstələyəcək

Amerikada ölüm səviyyəsi doğum sayını üstələyəcək


Birləşmiş Ştatlarda illik ölüm nisbətlərinin 2033-cü ilə qədər doğum nisbətini ötəcəyi proqnozlaşdırılır.

Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə Ofisi (CBO) "Demoqrafik Görünüş: 2025-2055" hesabatında qeyd olunur.

Hesabatda ABŞ əhalisinin 2025-ci ildəki 350 milyon nəfərdən 2055-ci ildə 372 milyon nəfərə qədər orta illik 0,2 faiz artacağı gözlənilir.

Bu nisbətin 1975-2024-cü illərdə qeydə alınan 0,9 faizlik illik orta artım sürətinin dörddə birindən az olduğuna diqqət çəkən hesabata görə, illik ölümlərin 2033-cü ilə qədər illik doğumları aşması proqnozlaşdırılır.

Hesabatda əhalinin artım tempinin 2025-2035-ci illər arasında illik orta hesabla 0,4 faizdən 2036-2055-ci illər arasında illik orta hesabla 0,1 faizə düşərək, növbəti 30 il ərzində ümumi olaraq yavaşlayacağı gözlənilir.

Mehman Mehdiyev
Xəbəri paylaş