Polşada yaşan azərbaycanlılar üçün ödənişsiz polyak dili dərsləri tədris olunacaq
Newscenter.az xəbər verir ki, bu barədə Polşa Azərbaycanlıları Şurasından məlumst verilib .
Bildirilib ki, məqsəd soydaşlarımızın Polşa cəmiyyəti ilə daha sıx əlaqədə olması, onların həyatlarının asanlaşdırılmasıdır.
Dərslər ilkin mərhələdə ayda 4 dəfə olmaqla 2 aylıq mərhələdə, Polyak dili tədrisi üzrə magistr dərəcəli və 5 illik tədris təcrübəsinə malik, Polyak müəllimə tərəfindən Varşava Azərbaycan evində keçiriləcək.
Qeyd edək ki, 2024-cü il ərzində Polşa Azərbaycan diasporu soydaşlarımız üçün 30-dan çox ödənişsiz təlim və tədbir təşkil edib.
Süleyman