Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Zəngəzur dəhlizinin açılışını əngəlləyə bilməz

Ermənistan Zəngəzur dəhlizinin açılışını əngəlləyə bilməz


"Sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı yenə Azərbaycanla sülh sazişi layihəsindən danışıb və növbəti dəfə özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. Lakin Paşinyanın pafoslu “sülh” ritorikası ilə çıxış etdiyi saatlarda Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, Ermənilərin əvvəlki təxribatları kimi budəfəki təxribatının da qarşısı sözsüz ki, Ordumuzun bölmələri tərəfindən müvəffəqiyyətlə alınıb, qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb:

"Ermənistanın istənilən hərbi revanş cəhdlərinin qarşısı dərhal alınır. Lakin İrəvanın ikibaşlı siyasət yürütməsi onun sülh səylərinin səmimi olmadığını göstərir. Eyni vaxtda həm sülhdən danışmaq, həm də Azərbaycan ərazilərini atəşə tutmaq Ermənistana qarşı etimadı sarsıdır. Rəsmi Bakı haqlı olaraq Ermənistan rəhbərliyinin sülh ritorikasına inamsız yanaşır".

Komitə sədri qeyd edib ki, Naxçıvanın atəşə tutulması həm Zəngəzur dəhlizinin açılması planının ləngidilməsinə, həm Cənubi Qafqazda yeni hərbi eskalasiyaya şərait yaradılmasına, həm də Ermənistanın havadarlarının regionda mövqelərinin möhkəmləndirilməsinə xidmət edir:

"Daha açıq desək, İrəvan atəşkəsi pozmaqla öz ağalarının sifarişini, tapşırığını icra edir. Bu ölkənin müstəqil, suveren siyasət yürüdə bilməməsi sülh prosesini də ciddi surətdə ləngidir. Ancaq Ermənistanın və onun havadarlarının hesablamaları reallıqdan uzaqdır. Azərbaycan ərazilərinin atəşə tutulması və yeni eskalasiya cəhdləri onlara heçnə qazandırmayacaq. Ermənistan bu cür destruktiv üsullarla Zəngəzur dəhlizinin açılışını əngəlləyə bilməz".

Süleyman
Xəbəri paylaş