Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda kütləvi həbslər başladı

Qazaxıstanda kütləvi həbslər başladı


Qazaxıstanın bir sıra regionlarında ekstremist və dağıdıcı fəaliyyətlə məşğul olan 50 nəfər həbs edilib,

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Belə ki, Astana, Almatı və Çimkent şəhərlərində, həmçinin Aktobe, Atırau, Almatı, Jetısu, Qərbi Qazaxıstan və Pavlodar vilayətlərində daimi fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.

Ümumilikdə 50 nəfər tutularaq daxili işlər orqanlarına aparılıb. Şübhəlilər araşdırılır. Onlar külli miqdarda mal və avtomobil oğurluğu təşkil etməkdə, həmçinin mütəşəkkil cinayətkarlığı maliyyələşdirməkdə şübhəli bilinirlər.

Mehman Mehdiyev
Xəbəri paylaş