Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri təqdim olunub

İstanbulda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri təqdim olunub


Xəbər verdiyimiz kimi, Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın mədəni irsinin qorunması, öyrənilməsi və təbliğ edilməsi” layihəsini icra edir. Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri Laləndar Novruzova saytımıza bildirib ki, həyata keçirdikləri layihənin əsas məqsədi Azərbaycanın milli mədəniyyət nümunələrinndən olan milli geyimlərimizi dünyada tanıtmaqdır: “Bundan başqa türk xalqlarının hamısının eyni soydan gəldiyini bir daha beynəlxalq ictimaiyyətə təqdim etməklə təşviq etməkdir. Bundan başqa müasir Azərbaycan dövlətinin milli, mədəni, elimi, ədəbi dəyərlərimizi yaşatmaq sahəsində apardığı siyasəti, təşviq etməklə dünyada, beynəlxalq səviyyədə tanıtmaqdır. Azərbaycanın düşmənləri tərəfindən uzun illər ərzində mənimsənilməyə, özününküləşdirməyə çalışıldığı milli mədəni elimi, ədəbi dəyərlərimizi, beynəlxalq səviyyədə tanıtmaqla qorumaq, düşmənin bizim haqqımızda uydurduğu cəfəngiyatla mübarizə apararaq, onu birdəfəlik məhv etmək və öz halal milli dətərlərimizə sahib şıxmaq qarşımızda duran ümdə əsas vəzifəmizdir. Bu milli dəyərlərə illər uzunudur ki, təbliğ etdiyimiz milli geyimlərimiz də daxildir. Elə bu səbəbdən də təşkilatımızın əsas fəaliyyətlərindən biri olan Milli Geyimlərimizin beynəlxalq səviyyədə tanıdılması layihənin qarşıya qoyduğu əsas məqsədidir. Bunun üçün ilk növbədə müxtəlif millətlərdən ibarət Türkiyə ictimaiyyəti seçilmişdir. Layihə işində Azərbaycan milli mədəniyyət nümunələri ilə, Türkiyə mədəniyyət nümunələrindən olan milli geyimləri təqdim olunan birgə sərgi təşkil etməklə, bu iki qardaş ölkənin eyni soydan olmasını bir daha hər kəsə nümayiş etdirilməsidir”.

QHT sədri deyib ki, layihə çərçivəsində 14 sentyabr 2024-cü il tarixində Türkiyənin İstanbul şəhərində, Çekmeköy Bələdiyyə Başçısı Orxan Çerkezin təşkilati dəstəyi ilə tədbir uğurla həyata keçirildi: “Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyası və şəhid Mübariz İbrahimov adına Təhsil Müəssisəsi də iştirak etdi. Hər iki qurumun fəal iştirakı tədbirimizin daha da rəngarəng və unudulmaz olmasına böyük töhfə verdi.

Tədbirdə qonaq qismində İstanbul Azərbaycan Kültür Evi Dərnəyin sədri Hikmət Elp, Araz Qaratəpə dərnəyin idarə heyətinin üzvü, Engin Aybirli Qarapapaq Türkləri Dərnəyin sədri Abdullah Türer Yener iştirak ediblər.
Tədbirdə Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri milli geyimlərlə, mədəniyyət nümunələri ilə yanaşı, həm də rəsm sənəti nümunələri də təqdim olundu. Bu sərgidə hər iki ölkənin milli mədəniyyət nümunələri, adət-ənənələri ilə yanaşı mənzərələri də rəssamların gözü ilə şərh olunaraq, təqdim olundu. Bunda məqsədimiz şəkillər vasitəsilə də bu iki ölkənin dərin tarixi bağlarını və mədəni oxşarlıqlarını ziyarətçilərə çatdırmaqla, ortaq irsə bağlılığımızın nə qədər güclü olduğunu göstərməkdir”.

Xatırladaq ki, Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyi 16 iyul 2016 – cı ildə yaradılmış və 21 oktyabr 2016 – cı ildə dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas məqsədi, milli mədəniyyətimizin və milli dəyərlərimizin təbliğinə kömək etməklə, yaşatmaqdan ibarətdir.

Xəbəri paylaş