Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzMİU-da rəqəmsallaşma fonunda yeni tələblər müzakirə edilib

AzMİU-da rəqəmsallaşma fonunda yeni tələblər müzakirə edilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Erasmus+ CBHE “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün domenlərarası səriştələr” (Work4CE) layihəsi çərçivəsində biznes görüş keçirilib.

Newscenter.az xəbər verir ki, AzMİU-da keçirilən görüş “Rəqəmsal transformasiyanın idarə edilməsi: Davamlı inkişaf naminə akademik çevrə və sənaye arasında körpü” adlı mövzuya həsr olunub. Layihənin avropalı professorları Belçikanın Löven Katolik Universitetindən Peter Arras, İspaniyanın Bask Ölkəsi Universitetindən Rikardo Minguez, Zaporoje Politexnik Milli Universitetindən Andriy Karpenko layihə çərçivəsində təmsil etdikləri universitetlərin təcrübələrini yerli şirkətlərlə bölüşüb, birgə fəaliyyətin hər iki istiqamətə verəcəyi töhfələrdən danışıblar.

Görüşün gedişində onlar “İnteqrasiya və stimullaşdırıcı akademik tədqiqatlarda yenilik”, “Tələbələrin əməkdaşlığı, davamlı təhsildə universitet və şirkətlər”, “Ukraynada Klaster Hərəkatı və Zaporojjia Biznes-Akademiya əməkdaşlığının fasilitatoru kimi” adlı təqdimatlarla çıxış ediblər.

Xatırladaq ki, 15 noyabr 2020-ci ildə başlanmış və 2024-cü ilin noyabr ayınadək davam edəcək layihə Dördüncü Sənaye İnqilabının (“Sənaye 4.0”) tələb etdiyi biliklərə və bacarıqlara, xüsusilə rəqəmsal qabiliyyətlərə malik peşəkar kadrların (“İşçi Qüvvəsi 4.0”) müxtəlif ixtisas sahələrində əmək bazarı dinamikasına uyğun hazırlanması (“İş 4.0”) hədəfinə xidmət edir. AzMİU bu layihədə əsas tərəfdaş qismində çıxış edir.

Süleyman
Xəbəri paylaş