Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Azərbaycana qarşı riyakar siyasəti yolverilməzdir

ABŞ-ın Azərbaycana qarşı  riyakar siyasəti yolverilməzdir


Bir neçə gün öncə Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərlə görüşdə çıxış edən cənab Prezident İlham Əliyev Amerika Konqresinin 60 ermənipərəst üzvünün Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə ünvanladığı qərəzli və sərsəm məktubuna kəskin münasibətini bildirdi. Dövlət rəhbərimiz konkret faktlar əsasında sözügedən məktubu rəsmi Vaşinqtonun ölkəmizə yönələn növbəti ikiüzlü və düşmənçilik mövqeyi kimi qiymətləndirdi.

44 günlük Vətən Müharibəsindən sonra regionda təsir imkanları məhdudlaşan bəzi Qərb dövlətləri, xüsusilə ABŞ və Fransa bölgədə yenidən fəallaşmaq niyyətindədirlər. Lakin Azərbaycanın regionda yaratdığı yeni geopolitik reallıqlar fonunda bunun mümkün olmadığını görən ABŞ və onun bəzi Qərb müttəfiqləri öz məqsədlərinə çatmaq üçün çirkin əməllərə əl atmaqdan belə çəkinmirlər.

Azərbaycan hər zaman olduğu kimi, indi də qlobal çağırışlara cavab vermək və regional sabitliyi təmin etmək məqsədilə fəal və konstruktiv əməkdaşlıq konsepsiyasını irəli sürür. Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, xüsusilə qlobal iqlim dəyişikliyi istiqamətində səmərəli fəaliyyəti onun dünyada etibarlı tərəfdaş olduğunun göstəricisidir.

Təəssüf ki, son illər ABŞ-ın Azərbaycana qarşı qərəzli münasibəti normal əməkdaşlığımıza kölgə salır. Etiraf olunmalıdır ki, ABŞ Konqresinin düşmənçilik mövqeyi Ermənistanın işğalçı və revanşist siyasətinə yeni imkanlar yaradır.
Rəsmi Vaşinqton COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın rolunu düzgün qiymətləndirmir və beynəxalq səviyyədə ölkəmizə qarayaxma kompaniyasını davam etdirir.

Haqlı olaraq Vaşinqtonun destruktiv və ədalətsiz mövqeyinə Azərbaycan Respublikasının Milli Məclisi səviyyəsində kəskin qiymət verildi. Bir qrup deputatın imzası ilə ölkəmizin üzləşdiyi ikili standartları ifşa edən sərt münasibətdən ABŞ-ın rəsmi dairələri nəticə çıxarmalıdırlar.

Ağ Ev adminstratsiyası anlamalıdır ki, sülh və əməkdaşlıq üçün konstruktiv dialoq əsasında qurulan münasibətlər ədalətli və hər iki dövlətin maraqlarına uyğun olardı.

Günay Ağamalı
Milli Məclisin deputatı
Xəbəri paylaş