Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Varşava İnsan Ölçüsü Konfransına qatılıb

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Varşava İnsan Ölçüsü Konfransına qatılıb


Polşada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin dəstəyi ilə ATƏT sədrliyi yanında Varşava İnsan Ölçüsü Konfransı keçirilir.

Newscenter.az xəbər verir ki, 2024-cü il oktyabrın 2-3-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, qurumun departament rəhbəri Elnur Bağırlı, beynəlxalq layihələr üzrə meneceri Türkan Orucova da konfransa qatılıb.

Toplantıda ATƏT-ə üzv olan 57 ölkənin diplomatları, vətəndaş cəmiyyəti nümayəndələri və insan hüquqları üzrə ekspertlər qatılıb. Konfrans oktyabrın 11-də beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ATƏT-in insan hüquqları gündəliyinin möhkəmləndirilməsi üçün tövsiyələrin təqdim olunması ilə başa çatacaq.

Agentliyin nümayəndələri Varşavaya səfər çərçivəsində Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə də görüş keçiriblər.



Süleyman
Xəbəri paylaş