Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə durum ağır sınaqlarla üz-üzədir

Yaxın Şərqdə durum ağır sınaqlarla üz-üzədir


Yaxın Şərqdə baş verənlər nə qədər qeyri-qanuni və nə qədər qeyri-insani olsada, əslində bu bir reallıqdır və bu reallıq mütləq ki, yaxın gələcəkdə bölgənin siyasi durumuna öz təsirini göstərəcək.Əslində Yaxın Şərqdə durum ağır sınaqlarla üz-üzədir. Bölgə dövlətləri çalışırlar ki bu sınaqlardan ən az itkilərlə çıxa bilsinlər və sözsüz bölgədə yeni perspektivlər ortaya çıxacaq. Bu vəziyyət yeni dövrün başlanması kimi, Yaxın Şərqdə siyasi və iqtisadi inkişaf baxımından özü ilə yeni siyasi prosesləri də gətirəcəkdir.

Həmasın və daha sonra Hizbullahın bu coğrafiyada məhv edilməsi, məhz yuxarıda qeyd etdiyim məsələlərin həyata keçirilməsi istiqamətində yolun açılmasına imkan verəcək. Burda biz, İranın hadisələr çərçivəsində atdığı addımları mütləq ki nəzərə almalıyıq və İran əvvəlki kimi artıq hadisələrə təsir etməkdən yayınır və düşünürəm ki, Həmas və Hizbullah liderlərinin məhv edilməsində İranın yeni hökumətinin rolu var və biz bütün bunların davamı olaraq İranın yeni hökumətinin ciddi islahatlara gedəcəyinin şahidi olacağıq.

Düşünürəm ki, artıq müharibənin sonuna az qalıb. Bu baxımdan hadisələr ABŞ tərəfindən tam idarə olunur və İranın yeni hökumətinin ABŞ-la gizli danışıqlarının olması xəbərləri, İrana qarşı hər hansı bir hərbi müdaxilənin olacağı ehtimalını azaldır. İsrailin hərbi əməliyyatlarının İrana sıçrama ehtimalı olsada, bu ehtimal çox zəif ehtimal olaraq görünür.

Çingiz Şahbazi, siyasi ekspert
Xəbəri paylaş