Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək.
Newscenter.az bildirir ki, futbol matçı ilə əlaqədar dünən Türkiyənin bir qrupmedia təmsilçisi Azərbaycana gəlib.
Türkiyəli jurnalistləri Heydər Əliyev Beynəlxalq Hava Limanında azərbaycanlı həmkarları qarşılayıb. Türkiyə mediasından Azərbaycana TRT televiziyasının əməkdaşları Halil Kılıç, Furkan Karataş , Malik Ezber , Ahmet Yüksel və Anadolu Agentliyinin əməkdaşları Muammer Özkan,Ceyhun Altundağ və Uğur Demir gəliblər. Media mənsubları Türk Şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə 2 ci Fəxri Xiyabanı da ziyarət ediblər. Onlar azərbaycanlı həmkarları ilə birgə 44 günlük Vətən müharibəsinin qəhraman şəhidlərindən olan kapitan Həmid Cəfərlinin ailəsinin təşkil etdiyi ehsan süfrəsinə də qatılıblar.