Rusiyanın Cənubi Qafqazda Ermənistan dövlətini yaratması və Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olması Rusiya imperiyası və onun varisi SSRİ-nin regionda apardığı siyasətin tərkib hissəsi idi. Sözügedən politik yanaşma Rusiyanın regionda mövqeyini möhkəmləndirmək, strateji maraqlarını təmin etmək və Azərbaycan xalqının yenidən dövlət qurmaq əzmini qırmaq məqsədi daşıyırdı.
18- ci əsrin sonları və 19-cu əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqaza yiyələnmək üçün Qacar imperiyası ilə bir sıra müharibələr apardı. Birinci Rusiya-İran muharibəsi nəticəsində 1804-1813-cü illərdə Rusiya Qacar imperiyasını məğlub etdi. Tərəflər arasında 1813-cü ilədə Gülüstan müqaviləsi bağlandı. Sözügedən müqavilədən sonra Naxçıvan və İrəvan xanlıqları xaric, Arazın Şimalında yerləşən bütün Azərbaycan xanlıqları zorla Rusiyanın tərkibinə keçirildi. 1826-1828-ci illər baş verən ikinci Rusiya-İran müharibəsi də birincinin qələbəsi ilə yekunlaşdı və 1828-ci ildə iki imperiya arasında Azərbaycanı iki hissəyə bölən Türkmənçay müqaviləsi imzalandı. Bununla Naxçıvan və İrəvan xanlığı da Rusiyanın tərkibinə daxil edildi.
Hadisələrin gələcək inkişafında Rusiya imperiyası Naxçıvan və İrəvan ərazisində süni şəkildə ermənilərin sayını artırmağa başladı. Osmanlı imperiyasından, İrandan və digər müxtəlif yerlərdən on minlərlə erməni ailəsi tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycana köçürüldü. Məqsəd bölgənin demoqrafik vəziyyətini dəyişmək idi.
Çar Rusiyanın bu çirkin planının məqsədi regionda Rusiyaya sadiq xristian dövləti yaratmaq və bu dövləti Azərbaycan torpaqları hesabına formalaşdırmaq idi. Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi siyasəti nəticəsində 1918-ci ilə paytaxtı İrəvan şəhəri olan Ermənistan Respublikası yaradıldı. Rusiya imperiyası və onun varisi Sovet İttifaqı bu prosesdə aktiv rol oynadı. Ona görə də Ermənistan Rusiyanın 200 illik imperiya siyasətinin məhsuldur. Bu gündə Kreml sarayı üzdə görünən soyuqlaşmaya baxmayaraq Ermənistan üzərində hamilik və sahiblik siyasətini icra etməkdə davam edir.
Pərviz Mirizadə: AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi