Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc nəslin bilikli və savadlı böyüməsində müəllimlərin rolu danılmazdır

Gənc nəslin bilikli və savadlı böyüməsində müəllimlərin rolu danılmazdır


“Gənc nəslin bilikli və savadlı böyüməsi, müasir elmlərə yiyələnməsində müəllimlərin rolu, əməyi danılmazdır, sonsuzdur. Ona görə də Ümummilli Lider Heydər Əliyev hər zaman müəllim əməyinə yüksək qiymət verirdi. Təsadüfi deyil ki, Ulu Öndər “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, deyə bildirirdi”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə bağlı danışarkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu günün Azərbaycanda da qeyd edilməsi məhz Ulu Öndərin təhsil ictimaiyyətinə töhfəsidir:

“Bildiyimiz kimi oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən dünyada qeyd edilir. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərlik etdiyi dövrdən, 1993-cü ildən etibarən isə Azərbaycanda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd olunur”.

İctimai Birlik sədri deyib ki, təhsil ictimaiyyətinə, müəllimlərə diqqət və qayğı bu gün Cənab İlham Əliyev tərəfindən də davam etdirilir. Onun sözlərinə görə, təhsil ictimaiyyətinin nümayəndələrinin müntəzəm olaraq təltif edilmısi, “Ən yaxşı müəllim”, “Ən yaxşı məktəb nominasiyalarının” müəyyən olunması deyilənlərin sübutudur.

Arzuman Muradlı təhsil ictimaiyyətinin 44 günlük Vətən Müharibəsində də fəal iştirak etdiyini, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək tarixi zəfərə imza atdıqlarını söyləyib:

“Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib”.


Süleyman
Xəbəri paylaş