Şimali Kipr Türk Respublikasında səfərdə olan Azərbaycan parlamenti nümayəndə heyəti bu ölkənin prezidenti Ersin Tatar tərəfindən qəbul edilib.
Newscenter.az Şimali Kipr prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, Prezident Ersin Tatar Azərbaycan Milli Məclisinin KKTC Parlamentlərarası Dostluq qrupunun prezidenti Cavanşir Feyziyev və onu müşayiət edən deputatı Tural Gəncəliyevi qəbul edib.
Görüş zamanı Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında mövcud əlaqələr, bu əlaqələrin inkişaf etdirilməsi perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib və qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Süleyman İsmayılbəyli