Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin hərbi texnika istehsalı sahəsindəki uğurları yeni çağın açılmasının əsasını qoyur

Türkiyənin hərbi texnika istehsalı sahəsindəki uğurları yeni çağın açılmasının əsasını qoyur


Azərbaycan və Türkiyə ordularının daha dərin inteqrasiyası üçün hər il 1000 əsgərin qarşılıqlı
olaraq ordularda xidmət etməsini təşkil etmək lazımdır. Bunu könüllülük əsasında da etmək olar. Bu, gələcəkdə hər iki ordunun vahid ordu şəklində hərəkət etməsini asanlaşdırar.
Türk birliyi yaranırsa bunu etmək mütləqdir.
Türk Dövlətləri Təşkilatının vahid ordu prinsipi bu şəkildə formalaşmalıdır. Təcrübənin getdikcə digər Türk dövlətlərində də tətbiqi gündəmdə olmalıdır.
Geosiyasi proseslər fonunda Türkiyənin dünya miqyasında əhəmiyyəti və rolunun artdığı bir dövrdə Türk ordusuna dəstək verilməsi mahiyyət etibarilə Türk dünyasının ilk işi olmalıdır. Azərbaycan dövləti bu istəyini Prezident İlham Əliyev tərəfindən bəyan edib.
Görünən odur ki, Türk dövlətlərinin təsir arealı getdikcə böyüyür. Arealın böyüməsi Türkiyənin və Türk dünyasının yeni güc mərkəzi kimi meydana çıxması anlamına gəlir.
Türkiyənin hərbi texnika istehsalı sahəsindəki uğurları yeni çağın açılmasının əsasını qoyur. Necə ki, 1453-cü ildə Konstantinopolun fəthini dünyada analoqu olmayan "Şahi topu" asanlaşdırmışdı, indi də Türkiyənin silah istehsalı sənayesi Türk dünyası üçün yenidən çağ açır. Amma bu dəfə Azərbaycan da bu çağın açılmasına öz dəstəyini verir.

Azər Qasımov
Xəbəri paylaş