Bakı-Qroznı istiqamətində hərəkət edən AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan sərnişinlərin sayı 25-ə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 25 nəfər sağ qalıb.
"Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb", - deyə nazirlikdən bildirilib.
Anar Əliyev