Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada daha bir uğurlu əməliyyat həyata keçirib.
Newscenter.az Milli Müdafiə Nazirliyinə istinadən bildirir ki, İraqın şimalındakı Pəncə-Kilit bölgəsində 2 PKK terrorçusu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində müəyyən edilən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Terrorçular üçün qaçacaq yer, onlar üçün təhlükəsiz yer yoxdur! Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Pəncə-Kilit bölgəsində müəyyən etdikləri 2 PKK terrorçusunu, Fərat Qalxanı bölgəsində isə müəyyən etdikləri 2 PKK/YPG terrorçusunu bu günlərdə məhv edib.Harada olurlarsa olsunlar, Mehmetçik nəfəsləri terrorçuların boynunda qalmağa davam edəcək!".
Anar Əliyev