Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Demokratiyanın yüksək göstəricisi - "Konstitusiya və Suverenlik ili"

Demokratiyanın yüksək göstəricisi - "Konstitusiya və Suverenlik ili"
bu

XX əsrin əvvəlləri demokratiyanın əsas inkişaf dövrü kimi xarakterizə olunur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bəhs olunan dövrdə bir sıra qərb ölkələrini, həmçinin xeyli sayda dünya dövlətlərini geridə qoyaraq ölkəmizə demokratiyanın əsas prinsiplərini gətirdilər. AXC-nin yaşadığı 23 ay ərzində cümhuriyyət qurucuları xalqımız və dövlətçiliyimiz üçün böyük işlər gördülər. SSRİ əsarətində olduğumuz 70 ilə yaxın müddətdə düşmənlərimiz ənənələrimizi, milli azadlıq və müstəqillik arzumuzu məhv etməyə çalışsalar da buna tam nail ola bilmədilər. SSRİ süqut etdikdən sonra biz yenidən istiqlaliyyətimizi və müstəqilliyimizi bərpa etdik.

Azərbaycan xalqı müstəqilliyini qazandığı ilk illərdə çox çətin dönəmlərdən keçmək məcburiyyətində qalsa da bu dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində uzun çəkmədi. Müasir və müstəqil Azərbaycanda demokratiyanın davamlı inkişafı istiqamətində ümummilli lider öz təcrübəsini və beynəlxalq təcrübəni səfərbər edərək əlindən gələni etdi. 2025-ci ildə 30 illiyi qeyd olunacaq Konstitusiyamız da bura daxildir. Demokratik və hüquqi dövlət quruculuğu sahəsində Konstitusiyamızın hərtərəfli formalaşdırılmasını və təsdiqini dönüş nöqtəsi hesab edə bilərik. Ulu öndərdən sonra prezident İlham Əliyev dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirərək doğma Azərbaycanımızı zirvələrə qaldırdı. Torpaqlarımız işğaldan azad edildi, ölkəmizin beynəlxalq nüfuzu yüksək səviyyədə artdı, dünya dövlətləri ilə qarşılıqlı əlaqə və əməkdaşlığın arealı genişləndi, ən əsası suverenliyimiz bərpa olundu.

Danışdıqca və yazdıqca bitirə bilməyəcəyimiz görülən saysız-hesabsız işlər, həyata keçirilən tədbirlər "Konstitusiya və Suverenlik ili"ndə cəmiyyətimizə və bütün dünyaya yenidən çatdırılacaq və yaddaşala həkk olunacaq. Konstitusiyamızın 30 illiyi, möhtəşəm Zəfərimizin isə 5 illiyini özündə əks etdirəcək 2025-ci il hər birimiz üçün xüsusi və əlamətdar bir il olacaq.


Anar Salehoğlu,
İctimai-siyasi fəal
Xəbəri paylaş