"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanlanan təbrik çıxışında regionda cərəyan edən proseslərə də diqqət çəkməsi və Ermənistana növbəti xəbərdarlıq ünvanlanması təsadüfi deyildir. Azərbaycan lideri bununla regionda təhlükəli proseslərin cərəyan etdiyini, bu proseslərin fonunda Ermənistanın sürətlə silahlandığına diqqət çəkərək bunun sülhə, təhlükəsizliyə təhdid olduğunu bildirdi".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan tərəfi Azərbaycan liderinin xəbərdarlığından mütləq nəticə çıxarmalıdır:
"Ermənistan nəzərə almalıdır ki, onunla paralel olaraq Azərbaycan tərəfi də öz hərbi qüdrətini artırır. Bu il hərbi büdcəmiz rekord həddə çatıb. Bu da onu deməyə əsas verir ki, Cənab Prezidentin vurğuladığı kimi Ermənistan heç bir halda bizimlə rəqabət aparmaq gücündə deyil. Ona görə də Ermənistanın yeganə çıxış yolu silahlanmağı davam etdirmək yox, sülhə dəstək vermək olmalıdır".
Süleyman