Cənab Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri üçün keçirilən vida mərasimində iştirak etməsi və başsağlığı verməsi xalqımızın milli kədərinə dərin şərik olmaq, insaniyyətlik nümunəsi hesab edilə bilər. Bu, bir daha dövlət başçısının və ailə üzvlərinin milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə olan dərin ehtiramın təcəssümüdür.
Prezident İlham Əliyev və Mehriban Əliyeva ölkəmizin hər bir vətəndaşı kimi qəlblərindəki acı kədəri xalqımızla bölüşdülər, həlak olan qəhrəman övladlarımıza son borclarını verdilər, onların ailələrinə olan yüksək mənəvi-əxlaqi hisslərini ifadə etdilər.
Bu, hadisə xalqımızın birlik və bərabərliyinin, şad günlərdə olduğu kimi kədərli günlərdə də dövlət başçısı səviyyəsində eyni yerdə olmaq ləyaqətini nümayiş etdirir.
Təyyarə qəzasında həlak olan üç ekipaj üzvünün II Fəxri xiyabanda dəfn olunması isə bu qəhrəman vətən övladlarına verilən böyük dəyərdir. Həlak olan ekipaj üzvünün 2-si, hər iki pilot rus olsa sa əsil Azərbaycanlı vüqarlığını göstərdilər. Onlar həqiqtən əsil fədakarlıq göstərərək öz həyatları bahasına neçə insanın xilas etdililər. Bu, onu göstərdi ki, milliyətindən asılı olmayaraq xalqımız qəhrəman xalqdır.
Onların ölümünə bais olan cinayətkarlar isə əsil layiqli cəzalarını alacaqlar. Cənab Prezidenntin əzmkarlığı ilə günahkarlar tapılaraq cəzalandırılacaq.
Sonda bir daha həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyirəm.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor