Ermənistan nə qədər ki, regiondan kənarda öz təhlükəsizliyini axtaracaq onun taleyinin Ukraynadan fərqli olmayacağı indidən bəllidir. Ukrayna coğrafi və ərazi baxımından yenə bu dağıdıcı faktorun qarşısında itki ilə çıxsa da, dövləti qoruya bilir. Amma Ermənistanın bu imkanı yoxdur. Ermənistan bu durumda dövlət anlayışını itirəcək.
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov İrəvan ilə Vaşinqton arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasına münasibət bildirərkən səsləndirib. O deyib ki, Amerika ilə bir yatağa girmək ilanla eyni yatağa girmək kimi bir şeydir:
"Çarəsizlikdən ilana sarılmağı seçən Ermənistan gələcəyini təhlükə altına atır. Amerikanın təhlükəsizlik qarantiyası bu regionda işləmir. ABŞ həmişəki kimi Ermənistanı ortada qoyub geri çəkiləcək. Təbii ki, ABŞ-ın regiona gəlməsi kimsə üçün yaxşı heç nə vəd etmir. Amma bunun cəzasını Ermənistan ödəyəcək. Əslində Bayden hökumətinin son günlərində imzalayacağı tərəfdaşlıq sənədi Tramp hakimiyyəti üçün nə qədər əhəmiyyətli olacaq sualı maraq doğurur. Trampın başqa planları vardır. Ermənistan yaxşı olar ki, geosiyasi durumu doğru dəyərləndirsin. Onun təhlükəsizlik qarantiyası elə region ölkələrindədir".
Süleyman