Monqolustan prezidenti Uxnaaqiyn Khurelsux Türkiyəyə rəsmi səfər edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfər Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutur.
Yanvarın 19-dək davam edəcək səfər çərçivəsində iki ölkə liderinin görüşü baş tutacaq.
Danışıqlar zamanı Türkiyə ilə Monqolustan arasında münasibətlərin bütün aspektlərinin nəzərdən keçirilməsi, əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımların müzakirəsi, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, bu 21 ildən sonra dövlət başçısı səviyyəsində reallaşacaq iik səfər olacaq.
Anar Əliyev