Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı ekspertlərlə süni intellektin (AI) inkişafını müzakirə edən Tokayevin
"Süni intellekt müasir tərəqqinin əsas hərəkətverici qüvvələrindən biridir və iqtisadiyyatı kökündən dəyişdirə bilər".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı ekspertlərlə süni intellektin (AI) inkişafını müzakirə edən Tokayevin sözlərinə görə, Qazaxıstanda süni intellektin inkişafı üçün möhkəm zəmin yaradılması istiqamətində mühüm addımlar atılır. Prezident deyib ki, bu istiqamətdə əsas diqqət institusional mühitin yaradılmasına, infrastrukturun və insan kapitalının inkişafına yönəldilir.
"İnstitusional çərçivədə Süni İntellekt üzrə Beynəlxalq Məsləhət Şurası yaradılacaq. Mən ona rəhbərlik edəcəyəm. Bu şura dünya səviyyəli ekspertlərlə dialoq və fikir mübadiləsi üçün strateji platformaya çevriləcək. Mühəndislər, tədqiqatçılar və sahibkarlar bu işə cəlb olunacaqlar. Süni intellekt sahəsində milli siyasət üçün tövsiyələr hazırlamaq və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə gördüyü işdən geniş şəkildə istifadə olunacaq”, - deyə prezident bildirib.
Anar Əliyev