
İstanbul Böyükşəhər Bələdiyyəsi ictimai nəqliyyat qiymətlərini 35 faiz artırıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Nəqliyyat Koordinasiya Mərkəzində (UKOME) keçirilən toplantıda İstanbul Böyükşəhər Bələdiyyəsinin ictimai nəqliyyatda qiymət artımı tələbi açıqlanıb.
Məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsi ictimai nəqliyyat vasitələri, taksi, məktəb və personal avtobuslarının ödənişlərində 46,09 artım təklif etsə də, səsvermədə İBB-nin nəqliyyat haqlarının 46,09 faiz artırılması təklifi səs çoxluğu ilə rədd edilib.
İMM yanvarın ikinci iclasında ictimai nəqliyyatda qiymətlərin 35 faiz artırılmasını təklif edib. Təklif səs çoxluğu ilə qəbul edilib.
Mehman Mehdiyev