Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2 fevral-Gənclər Günü Heydər Əliyevin Azərbaycan gənclərinə ərmağanıdır

2 fevral-Gənclər Günü Heydər Əliyevin Azərbaycan gənclərinə ərmağanıdır


"2 Fevral-Gənclər Günü Heydər Əliyevin Azərbaycan gənclərinə ərmağanıdır. Təsadüfi deyil ki, məhz ümummilli lider Heydər Əliyevin 1997-cı ildə imzaladığı sərəncama əsasən, Azərbaycanda hər il “Gənclər günü” geniş şəkildə qeyd olunur".

Bu fikirləri Newscenter.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyinin sədri Susana Məmmədova 2 Fevral Gənclər Gününün əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənclərə yönəlik dövlət qayğısı artdı və uğurlu gənclər siyasəti həyata keçirilməyə başlanıldı:

"Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini koordonasiya etmək məqsədi ilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 2002-ci il 9 aprel tarixində isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi".

Susana Məmmədova deyib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Bu gün gənclər müxtəlif beynəlxalq tədbirlərdə, yarışlarda Azərbycanı layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar. Eyni zamanda gənclərə yönəlik siyasətin nəticəsidir ki, günümüzdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, parlamentdə çoxsaylı gənclər təmsil olunur".

İctimai Birlik sədri deyib ki, Azərbaycan gənclərinin dövlətimizə, xalqımıza ən böyük töhfəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etməsi oldu.

Anar Əliyev
Xəbəri paylaş