Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gənclərinə dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub

Azərbaycan gənclərinə dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub


"Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan gənclər günümüzdə hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunublar. Məhz uğurla həyata keçirilən Dövlət Gənclər Siyasəti və göstərilən yüksək səviyyəli diqqət, qayğı gənclərimizə öz bilik və bacarıqlarını ortaya qoymağa imkanlar açır".

Bu fikirləri Newscenter.az-a "Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva 2 fevral Gənclər Günündən danışarkən səsləndirib. İctimai Birliyin sədr müavini deyib ki, gənclərimiz onlara göstərilən diqqət və qayğının nəticəsi olaraq bütün sahələrdə özlərini sübut edir, Azərbaycanımız adına uğurlara imza atırlar:

"İstər siyasi, istər sosial, istərsə də təhsil və idman sahəsində hər il gənclərimiz neçə-neçə uğurlara imza ataraq ölkəmizin adını yüksəklərə qaldırırlar".

Ruhiyyə Mehdiyeva qeyd edib ki, Azərbaycan gənclərinə dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub:

"Təsadüfi deyil ki, 1997-ci ildən bəri hər il qeyd olunan Gənclər Günü, müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin sayəsində gənclərə diqqət ən yüksək səviyyəyə qalxdı və gənclərimiz hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olundu. Günümüzdə bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Anar Əliyev
Xəbəri paylaş