Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin turizm gəliri rekord qırdı

Türkiyənin turizm gəliri rekord qırdı


Türkiyənin turizm gəliri 2024-cü ildə əvvəlki illə müqayisədə 8,3 faiz artaraq 61,1 milyard dollara çatıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, ziyarətçilərdən turizm gəliri 60 milyard 497 milyon 18 min dollar, transfer sərnişinlərdən turizm gəliri isə 606 milyon 401 min dollar olub.

Bu gəlirin 43 milyard 92 milyon 544 min dollarını şəxsi xərclər, 17 milyard 404 milyon 474 min dollarını isə paket tur xərcləri təşkil edib.

Türkiyədən gedən ziyarətçilərin sayı 2024-cü ildə əvvəlki ilə nisbətən 9 faiz artaraq 62 milyon 232 min 447 nəfərə çatıb. Bunların 15,4 faizini xaricdə yaşayan vətəndaşlar təşkil edərək 9 milyon 599 min 727 nəfər təşkil edib.

Bu dövrdə gecələyənlərin orta gecəlik xərci 97 ABŞ dolları, xaricdə yaşayan vətəndaşların isə bir gecəlik xərci 63 dollar olub.

Mehman Mehdiyev
Xəbəri paylaş