
"ABŞ prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini istəyir. O, bu fikri İordaniya kralı 2 - ci Abdullahla telefon danışığı zamanı səsləndirib. Tramp bunu onunla əsaslandırır ki, Qəzza artıq xarabalığa dönüb, orda salamat bina mövcud deyil. Gələcəkdə İsrailin buranı yenidən bombalamayacağı barəsində də təminat da yoxdur. Təbii ki, Qəzzanı boşaltmaq da ABŞ - nin tamam fərqli məqsədləri var".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O qeyd edib ki, İsrail nə qədər hava əməliyyatında uğur qazansa da Qəzzada quru əməliyyatında da eyni bacarığı göstərə bilmir:
"Həmas uzun müddətdir ki, bölgədə gizli tunellər yaradıb və bu, silahlıların əsas gizlənmə yerləri sayılır. Həmən tunellər durduqca və Həmas Qəzzada varlığını saxladıqca İsrailə qarşı müqavimət hərəkətı davam edəcək. Buna görə də Həması bitirməyin ən asan yolu Qəzzanı sökməkdir. İkinci bir məsələ isə İsrailin bu bölgə də kütləvi şəkildə yəhudi yaşayış məskənləri salmaq siyasətindən gedir. Tramp Misir və İordaniyaya təklif edir ki, Qəzzadakı fələstinli qaçqınlar qəbul edilsin və burda onlar üçün yeni yaşayış sahələri salınsın".
Politoloq deyib ki, bu isə faktiki olaraq fələstinliləri öz torpaqlarından məhrum etməkdir:
"Qəzza boşaldıqdan sonra İsrailin bura yerləşəcəyi aydın məsələdir. Trampın bu təşəbbüslə çıxış etməsindəki üçüncü səbəb isə müstəqil Fələstin dövlətinin yaranmasına mane olmaqdır. Qəzza vilayəti Fələstin dövlətinin iddia etdiyi iki bölgədən biridir. Digəri isə hazırda Fələstin Muxtariyyətinin mərkəzi hökumətinin yerləşdiyi İordan çayının qərb sahilləridir. Çayın şərq sahillərində İsrail tərəfindən yəhudi yaşayış məskənləri salınıb və artıq ABŞ bu ərazini yəhudi torpağı kimi tanımağa çalışır. ABŞ - ın BMT - dəki nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, bu torpaqlar müqəddəs kitablarda İsrailə vəd edilib və buna görə də ona çatmalıdır".
Anar Əliyev