"Gələcək qlobal strukturun konturlarını müəyyən edəcək texnoloji yarış gedir".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin "Digital Almatı 20252 rəqəmsal forumunda çıxışı zamanı deyib. O bildirib ki, qlobal rəqəmsal arxitekturanın yaradılmasında ziddiyyətlər getdikcə özünü büruzə verir:
"Rəqəmsal bərabərsizliyin aradan qaldırılması, innovasiyalara çıxış imkanları, süni intellektdən istifadənin etik aspektləri məsələlərinə baxışlar müxtəlifdir. Ümumiyyətlə, rəqəmsal arxitekturanın yaradılması ilə bağlı fikirlər fərqlidir. Yeni texnoloji şəraitdə milli təhlükəsizlik kompleksinin yaradılması məsələləri getdikcə aydınlaşır”, - Mişustin qeyd edib.
Baş nazir deyib ki, hazırda tədarük edilən bütün ağır server avadanlıqlarının və sənaye saxlama sistemlərinin yarıdan çoxu, həmçinin Məlumat mərkəzləri üçün məlumatların emalı, Rusiyada istehsal olunur:
"Biz istehsalın idarə edilməsi proseslərini optimallaşdıra biləcəyimiz yerli proqram təminatını fəal şəkildə tətbiq edirik. 2026-cı ildə orbitə dörd rabitə kosmik gəmisinin buraxılması planlaşdırılır ki, bu da Arktika regionu da daxil olmaqla bütün Rusiyada yüksək sürətli genişzolaqlı internetə çıxış xidmətləri təqdim edəcək".
Daha bir ildən sonra özünün aşağı orbitli qrupunun təməli qoyulaca
Mişustin bildirib ki, gələcəkdə 300-ə yaxın qurğu işlək olacaq və bu da təkcə Rusiyanın deyil, həm də bütün Aİİ ölkələrinin ucuz, sürətli və ən əsası etibarlı internetə olan tələbatını tam ödəyə biləcək.
Mehman Mehdiyev