Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov respublikamızın bu ölkədəki ticarət təmsilçisi Tamerlan Tağıyevi qəbul edib.
Newscenter.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb.
O bildirib ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud durumu müzakirə olunub.
Söhbət zamanı həmçinin yeni fürsətlər və əməkdaşlığın artırılmasına dair fikir mübadiləsi aparılıb.