
Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı artır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, təkcə paytaxt Ankarada bu səbəbdən dünyasını dəyişənlərin sayı 63-ə çatıb. Bundan başqa 36 nəfərin isə reanimasiyada müalicəsi davam etdiyi bildirilib.
Ankara Baş Prokurorluğu tərəfindən saxta spirtli içki istehsal edən və ticarəti ilə məşğul olan şəxslərə qarşı araşdırmalar davam edir.
Bu çərçivədə Ankara Respublika Prokurorluğu, Ankara Batı və Polatlı Respublika Baş Prokurorluğu tərəfindən "qaçaqmalçılıq" və "mümkün qəsdlə ölümə səbəb olma" cinayətləri ilə bağlı açılan istintaq fayllarına Ədli Tibb Qurumunun toksikoloji hesabatları əlavə edilib.
Ankara Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaqda 30 şübhəli həbs edilib.
Mehman Mehdiyev