
"Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli bir soyqırımıdır".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Anar Məmmədov deyib. O bildirib ki, hücum öncəsi, yəni fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulmuşdur:
"Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində xocalılar səhəri tam alova bürünmüş şəkildə açmışdır.Mühasirədə qalmış şəhərdə təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhərdən çıxmışlar. Lakin bir günündə yer üzündən silinən şəhəri tərk edən sakinlərdən 613-ü düşmən gülləsinə tuş gələrək qətliamın qurbanına çevrilmişdir".
Anar Məmmədov deyib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq,106-sı qadın, 70-i qoca və qarı olmaqla,613 nəfər Xocalı sakini qətlə yetirilmiş,8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirmişdir.Düşmən gülləsi ilə yaralanan 487 nəfərdən 76-sı azyaşlı idi.1275 Xocalı sakini əsir,150 nəfəri isə itkin düşmüşdür:
"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Anar Əliyev