Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dilimiz öz saflığını, zənginliyini qoruyub saxlayıb

Dilimiz öz saflığını, zənginliyini qoruyub saxlayıb


“Hər bir xalqın dili onun milli sərvətidir, varlığıdır. Təsadüfi deyil ki, bir milləti, xalqı məhv etmək üçün ilk növbədə onun dilini məhv etmək tarixən imperialist güclərin apardığı mübarizə olub. Təəssüflər olsun ki, bizim ana dilimizi də zaman-zaman məhv etmək, onu kənar təsirlərə məruz qalmq kimi cəhdlər olub. Şükürlər olsun ki, buna nail ola bilməyiblər və dilimiz öz saflığını, zənginliyini qoruyub saxlayıb”.

Bu fikirləri Newscenter.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri, filoloq Susana Məmmədova 21 fevral Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışarkən səsləndirib. Ana dilimizin qorunması, onun yad təsirlərdən mühafizə olunmasında Ümummilli Lider Heydər Əliyevin üstəsna xidmətləri olduğunu diqqətə çatdıran İctimai Birlik sədri deyib ki, Ulu Öndər istər sovetlərin zamanında Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi illərdə ana dilimizin inkişafı, onun zəngnliyinin qorunması istiqamətində mühüm addımlar atıb. Susana Məmmədova diqqətə çatdırıb ki, Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı fərman əsasında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi:

“Bu qanun Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində mühüm addım idi. Həmin sənəd eyni zamanda ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətin, qayğının parlaq nümunələrindən idi”.

Anar Əliyev
Xəbəri paylaş