Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dilimizi yad təsirlərdən qorumalyıq

Dilimizi yad təsirlərdən qorumalyıq


“Ana dilimizi qorumaq, onu zənginləşdirmək, dilimizə hörmətlə yanaşmaq hər birimizin müqəddəs borcudur. Əgər bir xalq olaraq öz dilimizi qorumasaq, onu müqəddəs tutmasaq heç bir dövlət bizə hörmət etməyəcək. Ona görə də ilk növbədə dilimizi yad təsirlərdən qorumalyıq”.

Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva 21 fevral Beynalxalq Ana Dili Gününün əhəmiyyətindən danışarkən səsləndirib. Bu günün 1999-cu ildən qeyd edildiyini diqqətə çatdıran Ruhiyyə Mehdiyeva bildirib ki, həmin ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib:

“Azərbycanda da neçə illərdir ki, bu gün qeyd olunur. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dilinin qorunması, onun inkişaf etməsində Üummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Təkcə bir faktı qeyd etmək kifayətdir. Belə ki, 2002-ci il sentyabrın 30-da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman əsasında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul oludu. Sözügedən qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində xüsusi əhəmiyyətə malik idi”.

Ruhiyyə Mehdiyeva deyib ki, həmin qanun Ulu Öndər Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən idi:

“Təsadüfi deyil ki, Heydər Əliyev dilimizin zənginliyindən danışarkən çıxışlarının birində demişdi: “Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik”.

Anar Əliyev[b][/b]
Xəbəri paylaş