Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ana dilimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur

Ana dilimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur


“Dil hər bir xalqın milli sərvətidir. Onu qorumaq hər bir vətəndaşın borcu, vəzifəsidir. Bu mənada Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ana dilimizin saflığı, onun qorunması istiqamətində xidmətləri əvəzsiz olub”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı danışarkən səsləndirib. İctimai Birlik sədri diqqətə çatdırıb ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Azərbycanda da bu günün hər il qeyd olunduğunu diqqətə çatdıran Arzuman Muradlı dilimizin saflğının qorunması, onun kənar təsirlərdən mühafizəsi məqsədilə dövlət tərəfindən zaman-zaman məqsəduyğun addımların atıldığını deyib. İctimai Birlik sədri bu istiqamətdə Ulu Öndərin fəaliyyətini xüsusi qeyd edib:

“2002-ci il sentyabrın 30-da Heydər Əliyevin imzaladığı fərman əsasında “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir”.

Arzuman Muradlı deyib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir:

“Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür”.
İctimai Birlik sədri qeyd edib ki, ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur.

Süleyman
Xəbəri paylaş