
"Donald Trampın hakimiyyətə gəlməsi ilə dünya siyasəti xaos yaşayır. Tramp bütün dünyanın tarazlığını pozub".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, yeni düzən adı altında dünyada beynəlxalq hüququn ayaqlar altına atılması baş verir:
"Əvvəllər güclünün söz sahibi olduğu gerçəyi beynəlxalq hüququn varlığı səbəbindən dolayı yolla arxa fonda varlığını sürdürürdüsə, Trampın gəlişi ilə bu gerçək həyasızcasına açıq və cəzasız hal alıb".
Azər Qasımov qeyd edib ki, Ukrayna Trampın təklifləri və Zelenski barəsində dedikləri dünyada beynəlxalq hüququn ayaqlar altına alınmasıdır:
"Zelenskiyə "diktator" deyilməsi isə Putinin ağzı ilə danışılması, işğalçını haqlı çıxarmaqdır. Zelenski görünən odur ki, Tramp və Putinin planlarını pozub. Artıq Zelenskinin həyatı təhlükə altındadır. Ukrayna prezidentinə sui-qəsdən belə danışılır. Seçki keçirilməsi yolu ilə Zelenskidən qurtulmaq prezident kimi hələlik təhlükəsizliyinin qorunması təşkil edilir".
Azər Qasımov hesab edir ki, dünyanın normal təfəkkürlü siyasətçiləri Zelenskinin müdafiəsinə qalxacaq:
"Zelenskinin Ukraynanın prezidenti kimi bu kimi proseslərin içərisinə düşməsi əslində acınacaqlıdır. Putinin beynəlxalq cinayətkar kimi axtarışa verildiyi bir durumda Zelenskinin bu müamiləyə layiq görülməsi insanlıq adına ləkədir".
Süleyman