Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyəyə səfər edib


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə Ankara şəhərinə səfər edib.

Newscenter.az xəbər verir ki, YAP nümayəndə heyəti fevralın 23-də AK Partinin Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək VIII Böyük Qurultayında iştirak edəcək.
Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Nümayəndə heyətinə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli daxildir.

Süleyman
Xəbəri paylaş