Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Ukraynada Rusiyaya qarşı müharibə aparmağa məcburdur

Avropa Ukraynada Rusiyaya qarşı müharibə aparmağa məcburdur


Trampın Ukraynaya təzyiqlərinin əsas məqsədi Ukraynanın məğlubiyyətində ABŞ-ın payına düşəcək məğlubiyyət payından qaçmaq cəhdidir. Ukraynanın Rusiya ilə müharibədə məğlub olması, yəni indiki şərtlər altında müharibənin başa çatması durumunda yaranacaq Rusiyanın qələbəsi fonunda ABŞ və Avropa İttifaqı, eləcə də Ramştayn formatı ölkələrinin də məğlub hesab edilməsi qaçılmaz olacaq. Təbii ki, Rusiya bunu belə təqdim edəcək. Tramp da özünü Rusiyanın yanında göstərərək bu məğlubiyyətin onlara da şamil edilməsindən kənar dayanmaq istəyir.

Amma Aİ buna istəsə belə razı ola bilməz. Çünki bu Avropanın təməl prinsiplərinə ziddir. Rusiyanın qələbəsi kimi qələmə verilən bir durum Avropanın bütün dəyərlərini yox edər, daha doğrusu yerdə qalan dünyanın bu dəyərlərə olan münasibətini yox edər. Bu da Avropanın cazibədarlığının sonu olar. Avropa heç kim üçün maraqlı olmaz. Odur ki, Avropa öz dəyərləri uğrunda artıq ABŞ-ın yoxluğunda bilavasitə özü Ukraynada Rusiyaya qarşı müharibə aparmağa məcburdur. Bu, Avropa üçün tək çıxış yoludur.

ABŞ-ın kənara çəkilməsi əslində yaxşı tendensiyadır. Dünyada digər oyunçuların irəli çıxmasına şərait yaradacaq. Dünya düzəninin yeni istiqamətdə getməsinə səbəb olacaq. Burda Türkiyə və Çinin ABŞ-ın boşluğunu doldurmaq ehtimalları güclüdür. Hesab edirəm ki, Türkiyənin son addımları da buna hesablanıb. Türkiyənin sanksiyalara qoşulmamaqla Rusiyanın bu günə kimi ayaqda qalmasında rolu böyükdür. Amma indiki məqamda qarşı cəbhəyə keçmək görüntüsünün altında da məhz durumdan istifadə edib daha böyük oynamaq istəyidir.

Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Xəbəri paylaş