
Çin robotları Qazaxıstanda dəmir yollarını yoxlayacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Dəmir Yolları məlumat verib.
Bildirilib ki, ötən il hər iki tərəfin bir sıra layihələri, o cümlədən məlumatların ötürülməsi şəbəkələrinin modernləşdirilməsi, bulud texnologiyalarının və LTE-R-nin tətbiqi uğurla başa çatdırılıb.
Bu il Qazaxtelecom və TTS birlikdə Trans-Qazaxıstan dəmir yolu dəhlizində LTE-R şəbəkəsini yerləşdirməyi planlaşdırır. Yəni sənaye robotları yolu yoxlayacaq.
Çin və Qazaxıstan həmçinin əsas təşəbbüslərin maliyyələşdirilməsini təsdiqlədilər və 2025-ci il üçün yol xəritəsini təsdiq ediblər.
Mehman Mehdiyev