
D. Tramp hər gün Kremldən verilən tezis və təlimatlar əsasında danışır. Bununla da ABŞ xarici siyasətini V. Putinin istəyinə uyğun qurur. V. Putin alverçi təfəkkürə malik olan birini ABŞ -da prezident postuna gəlməsindən məmnundur. ABŞ prezidentinin hazırkı siyasəti Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyini və müstəqilliyini təhdid edir.
D. Trampın rusiyapərəst siyasəti, Ukraynanı günahlandırması, V. Putinə qonşu ölkələrə qarşı hərbi müdaxilə iştahasını artırır. ABŞ vətəndaşlari və dövlət sistemi siyasətə yad birini Rusiya kəşfiyyatına yaxın birni prezident postuna gətirdiyinin mənfi nəticələrini görəcək. ABŞ beynəlxalq müstəvidə etimadı sifirlanacaq. ABŞ heç bir xalq və dövlət etimad etməyəcək. Bu, ABŞ beynəlxalq mövqeyinin fiaskosu olacaq.
D Trampın siyasəti dünya təhlükəsizliyini təhdid edir. Rusiyanın işğalçı və aqressiv siyasətini dəstəkləyir. Rusiya Ukrayna da qalib gələrsə, Azərbaycan daxil olmaqla post-sovet ölkələrinə qarşı təhdid və təzyiq siyasətini işə salacaq. 2025-ci ili V.Putin yeni İttifaq qurmaq ili planlaşdırırdı.
Göründüyü kimi, ABŞ təkcə güc mərkəzi olması, dünya nizamı üçün təhlükəlidir. Avropa dövlətləri Rusiyanın onların qapısının döydüyünü nəhayət başa düşdülər. Hazırda D. Trampın rusiyapərəst siyasətinin qarşısını alınmasında ümid Avropa dövlətlərinə qalıb. Həmçinin Qafqazla bağlı Türkiyə məsuliyyət daşıyır.
Böyük Britaniya, Fransa və Almaniya prosesi idarə edəcək. D.Tramp mövzu siyasi nizamı demontaj edərək Rusiyaya güzəştə gedir. Amma, Rusiya dayanmayacaq. Rusiyanı yalnız hərbi güclə dayandırmaq mümkündür.
Bundan sonra, ABŞ inam və etimad mümkün deyil.
Ukraynada müharibəni Avropa dövlətləri davam etdirəcək. D. Trampın Ukraynaya Rusiya qarşı güclü dəstək verməsi gözlənilmir. Avropa və Ukrayna olmadan sülh və atəşkəs mümkün deyil.
Məhəmməd Əsədullazadə, politoloq