
2025-ci ilin ilk ayında Türkiyəyə 2 milyondan çox xarici ziyarətçi gəlib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, yanvar ayında ölkəyə qəbul edilən ziyarətçilərin sayı 2 milyon 171 min 118 nəfər olub.
Türkiyəyə ən çox turist göndərən ölkələr arasında İran birinci yerdədir. Bu ölkədən Türkiyəyə gələmn ziyarətçilərin sayı 240 min 643 nəfər təşkil edib. Rusiya Federasiyası 203 min 733 nəfərlə ikinci, Bolqarıstan isə 165 min 792 nəfərlə üçüncü yerdə qərarlaşıb. Sonrakı yerləri Gürcüstan və Almaniya bölüşdürüb.
Türkiyənin yanvar ayında əvvəlki ilin eyni ayına görə xarici ziyarətçi sayında 6,06 faiz artım olub.
Anar Əliyev