
Almaniyalı alimlər 72 saatlıq mobil telefondan istifadə etməmənin beyin fəaliyyətini dəyişdirdiyini aşkar ediblər.
Newscenter.az Röyters-ə istinadən verdiyi xəbərı görə, alman alimlərin araşdırmaları belə bir nəticəni ortaya çıxarıb.
Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, telefondan istifadə asılılıq yaradıcı təsirlər formalaşdırır.
Araşdırmada 18-30 yaş arasında olan 25 iştirakçıdan 72 saat ərzində smartfon istifadələrini minimuma endirmələri istənilib. Yalnız əsas ünsiyyət və işlə bağlı fəaliyyətlərə icazə verilib.
Alimlər iştirakçıların beyin fəaliyyətini qiymətləndirmək üçün maqnit rezonans görüntüləmə (MRT) və psixoloji testlər aparıblar. Tədqiqatın nəticələri məlum olub ki, smartfonlar beynin mexanizmləri təsir göstərir.
Bu tapıntılar telefondan istifadənin nikotin və ya spirt kimi maddələrə bənzər bir asılılıq yarada biləcəyini göstərir. Araşdırma nəticəsində beyində dopamin və serotonin sistemləri ilə bağlı dəyişikliklər müşahidə olunub. Bu iki kimyəvi maddə kompulsif davranışlar və əhval-ruhiyyənin idarə edilməsi ilə əlaqələndirilir və asılılığa səbəb olan elementlər sırasındadır.
Tədqiqata cəlb edilən iştirakçıların telefon məhdudiyyətindən sonra əhval-ruhiyyələrində yaxşılaşma hiss edildiyi üzə çıxıb.
Anar Əliyev