
Şimali Kiprdən İstanbula hərəkət edən sərnişin təyyarəsində həyəcanlı anlar yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb AJet-in Lefkoşa-İstanbul reysində sərnişinin siqaret çəkməsi olub. Təyyarə salonunda müşahidə edilən tüstü sərnişinlər arasında panikaya səbəb olub.
Təyyarə İstanbula enər-enməz kabin heyətinin tələbi üzərə polis təyyarədə siqaret çəkən sərnişini saxlayıb.
Məlumata görə, insidentlə bağlı Mülki Aviasiya Baş İdarəsinə (SHGM) də məlumat verilib. SHGM-nin sərnişinə inzibati cərimə tətbiq edəcəyi öyrənilib.
Anar Əliyev