
Mərkəzi Asiya dövlət başçılarının növbəti Məşvərət Görüşü keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, sözügedən məsələ BMT Baş katibinin xüsusi nümayəndəsi, qurumun Mərkəzi Asiya üzrə Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze ilə Özbəkistan Ali Məclisinin sədri Tənzilə Norbayeva arasında keçirilən görüşdə müzakirə edilib.
Görüş zamanı həmçinin, regional əhəmiyyətli cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mərkəzlə praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Xüsusilə, regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, birgə davamlı inkişafın təmin edilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib.
Süleyman